Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Dubayda Ramazan ayını “Qurani-Kərim” müsabiqəsi ilə qarşılayacaqlar

May 16
18:53 2017

Dubayda müqəddəs Ramazan ayı ərəfəsində 21-ci Beynəlxalq Quran müsabiqəsi keçiriləcək. Müsabiqədə iştirak etmək üçün dünyanın hər yerindən yüzlərlə qiraətçi buraya toplanacaq.

Selefxeber.az-ın “capress.org“a istinadən xəbərinə görə, Dubay əmirinin mədəni və humanitar məsələlər üzrə müşaviri İbrahim Muhamməd Əbu Melh bildirib ki, müsabiqə Ramazan ayının 1-dən 20-nə kimi davam edəcək.

Müsabiqə iştirakçılarından “Qurani-Kərim”i ən gözəl şəkildə oxuyan şəxs xüsusi mükafatla təltif olunacaq. Müsabiqənin qalibinə 250 min dirhəm (68 min dollar), ikinci yeri tutan şəxsə 200 min dirhəm, üçüncü yeri tutuan şəxsə isə 150 min dirhəm məbləğində pul mükafatı təqdim ediləcək.

Müsabiqənin qaliblərini Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Bəhreyn, Misir və Suriyadan gələcək olan görkəmli mütəxəssislərdən ibarət beynəlxalq münsiflər heyəti seçəcək.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədən kimsələrdir”. (Əl Buxari)

Digər xəbərlər