Dubayda tibbi xidmətlərə nəzarət sərtləşəcək
Avqust 20
18:19
2014
808 dəfə baxılıb
“Sələf Xəbər” www.dxb.ru saytına istinadla bildirir ki, Dubayın özəl tibb müəssisələri – hospitallar, tibb mərkəzləri və laboratoriyalarını bundan sonra yeni yaradılan müfəttişlik orqanı – Tibb Müəssisələrinə Nəzarət üzrə Komitə yoxlayacaq.
Komitənin əsas vəzifəsi göstərilən tibbi xidmətlərin keyfiyyətini qoruyub saxlamaq, təsdiqlənmiş bütün protokol və qaydalara riayət edilməsinə nəzarət etmək, tibb müəssisələrinin təchizatını və pasiyentlər üçün yaratdığı şəraiti yoxlamaqdan ibarətdir.
Komitənin yaradılması barədə jurnalistlərə Dubay Səhiyyə İdarəsinin icraçı direktoru Cassim Məhəmməd Əl-Avadi bildirib. Səkkiz üzvü olan Komitəyə doktor Məmun Əl-Marzuki başçılıq edir.