Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Dubayda tropik meşə yaradılacaq

May 23
14:16 2015

“Sələf Xəbər”in Sunna Press-ə istinadən verdiyi məlumata görə, Dubayda 16 milyon kv. metrlik ərazidə tropik meşə yaradılacaq. Bu barədə Dubayın ən iri inşaat şirkətlərindən olan Damac Properties məlumat verib.

Bildirilir ki, 2020-ci ildə baş tutacaq Dubay Expo 2020 sərgisinə kimi içində ziplayn, spa, hovuz və hamamların tikiləcəyi əsl cəngəllik yaradılacaq. “Dubai Rainforest” adlı bu layihə 2020-ci ildə Dubayda keçiriləcək olan Ümumdünya sərgisinə kimi istifadəyə buraxılacaq və Əmirliklərin yeni görməli yerinə çevriləcək.

Cəngəlliklər Trump World Golf Clubhouse yaxınlığında yerləşəcək.

Sələf Xəbər: “Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır.” (Qurani Kərim, “Saffat” surəsi, 96-cı ayə)

Uca Allah öz dəqiq və mükəmməl hesablamasına müvafiq olaraq yaradır. O qeyd-şərtsiz hər şeyi yarada bilər və bunun üçün mütləq imkana malikdir. O hər bir şeyi nümunəsiz və misilsiz yaratdı. Onun yaratdıqları cürbəcürdür və hesablanması mümkünsüzdür. Uca Allahın yaratdığı hər bir şey O onu yaratmadan öncə mövcud olmamışdır və onun haqqında heç kim bilməmişdir.

Uca Allah buyurur: “De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, (hər şeyə) Qalib gələndir.” (Müqəddəs Quran, “Ər-Rəd” surəsi, 16-cı ayə)

“De: “Allah – bütün varlığın Vahid Xaliqidir”. Həqiqətən də, məxluqlar özləri kimilərini yaratmağa qadir deyillər və öz Yaradanı olmadan yaşaya bilməzlər. Bu isə o deməkdir ki, bütün varlıqların Allahı və Yaradanı vardır ki, O, heç bir şərikə möhtac deyildir. O – Vahid və Qüdrətli, Təqlidedilməz və İxtiyar Sahibidir. Məxluqlar güc baxımından bir-birilərindən gücdə və qüdrətdə üstün olurlar, lakin onların hamısı bu barədə Vahid və Qüdrətli Allahdan geri qalırlar. Qüdrət və bənzərsizlik qarşılıqlı əlaqədədir və təkcə Ona məxsusdur. Bu isə o deməkdir ki, təkzibolunmaz məntiqi dəlillər sübut edir ki, Onunla yanaşı ibadət edilən uydurulmuş “tanrıçalar” yaratmaq qabiliyyətinə sahib olmadıqları kimi, yaradılış prosesində heç iştirakçı da deyillər. Beləliklə, onlara ibadət etmək qüsurlu və faydasızdır.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər