Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Dubayı robot polislər qoruyacaq

Aprel 29
20:49 2015

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərini robot polislər mühafizə edəcək.

“Sələf xəbər”in Lent.az-a istinadən xəbərinə görə, Dubay polisi ictimai yerlərə nəzarət etmək və turistlərlə təmas qurmaq üçün robotları cəlb edəcək.

Məlumata görə, ilk robot polislər 2017-ci ildə xidmətə alınacaq. Robot polislərin kütləvi şəkildə işə götürülməsi isə Dubayda 2020-ci ildə keçiriləcək “Ağılları birləşdirək, gələcəyi quraq” adlı ümumdünya sərgisi ərəfəsində baş tutacaq.

Belə ki, robot polislər Dubayın polis idarəsinin çağrı mərkəzinə qoşulmuş interaktiv ekran və mikrofonla təchiz olunacaq. Dubay sakinləri və şəhərin qonaqları isə birbaşa olaraq texniki vasitə ilə təmasa girərək, onlardan məsləhətlər və suallarına cavablar ala biləcəklər.

Sistem tam olaraq avtomatlaşdırılacaq və robot polisin insan tərəfindən idarə olunması minimum səviyyəyə endiriləcək. Bu yenilik sayəsində əmirlik rəhbərliyi “Dubay Expo-2020” sərgisi ərəfəsində işçilərin işə götürülməsini minimuma endirmək niyyətindədir.

Digər xəbərlər