Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Dubayın səmadan möhtəşəm görünüşü – FOTO

Mart 05
20:31 2015

“Sələf Xəbər” www.businessinsider.com saytına istinadən, Dubayın səmadan çəkilmiş 25 möhtəşəm mənzərəsini təqdim edir:

Dubay rəsmiləri əmirliyin mənzərəsini dünyanın ən möhtəşəm mənzərəsinə çevirmək üçün pullarını əsirgəmir. 2000-ci illərdə, bu əmirlik dünyanın ən hündür qülləsini, ən böyük süni adasını və ən dəbdəbəli mehmanxanasını və bir çox digər memarlıq incilərini inşa etmək üçün 600 milyard dollar vəsait xərcləyib.

dubai-1

Dubayın səmadan çəkilmiş bu şəkilləri şəhərin zərifliyini və ambisiyasını özündə əks etdirir. Birləşmiş Ərəb Əmirliklərində yerləşən bu dəbdəbəli şəhər dünyanın ən hündür, ən böyük, ən təmtəraqlı tikililərinin vətənidir. Dubayın səmadan çəkilmiş bu göz qamaşdıran şəkilləri şəhərin memarlıq üslubunu özündə əks etdirir.

dubai-2

Bürc əl-Ərəb – dünyanın ən böyük dördüncü mehmanxanası Dubay üfüqünü örtür.

1999-cu ildə inşası başa çatdırılmış mehmanxana, Fars körfəzində tikilmiş süni adada yerləşir. Özünü “dünyanın ən dəbdəbəli mehmanxanası” adlandıran tikili sudan 919 fut hündürlüyündə ucalır, odur ki, yaxınlıqdakı çimərliklərə kölgə salmır.

dubai-3

Mehmanxananın əsas xüsusiyyətlərindən biri, helikopter meydançasının olmasıdır. Meydança mehmanxananın kənarından 650 fut hündürlükdə asılıb. Digər hallarda meydança tennis meydançasına çevrilir və dünyanın ən hündür tennis meydançası hesab olunur. Bürc əl-Ərəb mehmanxanasının uğurundan ilhamlanaraq tarixin ən ambisiyalı layihələrindən biri həyata keçirildi:

dubai-4

Palma Adası

Belə rəvayət dolaşır ki, Dubay hökmdarı Şeyx Məhəmməd bin Raşid əl-Məktum qərara alıb ki, neft ehtiyatları tükəndikdən sonra şəhərə “ehtiyat planı” lazım olacaq. Yeni inşa ediləcək premium klass daşınmaz əmlak və dəbdəbəli mehmanxanaları ərazi ilə təmin etmək üçün sahildən aralıda 3 ada inşa edilib.

Bu da ən kiçik ada olan Cumeyra Palma Adası 2007-ci ildə ilk icarədarlarına “xoş gəldin” deyir. Palma Adasının inşası 4 ilə başa çatıb, tikinti zamanı 12 milyon funt daş və 53 milyon funt qumdan istifadə olunub.

dubai-5

Adalar qrupunun, Atlantis mehmanxanasından görünüşü.

Palma Adası kosmosdan açıq-aydın şəkildə görünür. Adaların yaxınlığında “Dünya” adlandırılan dünya xəritəsi formasında süni arxipelaq inşa edilib.

Qlobal maliyyə böhranı inşaatçıları 4 il ərzində durğunluğa vadar etdikdən sonra, 2014-cü ildə tikintiyə davam etdirilib. İnşası başa çatdırıldıqda, “Dünya” dəbdəbəli yaşayış kompleksləri, kommersiya və istirahət zonalarından ibarət olacaq. Dubay Marina da möhtəşəm mənzərəyə malikdir, həmçinin, onun daxilindən şəhərin görüntüsü möhtəşəmdir.

dubai-7

İnşaatçılar nəhəng çuxur qazaraq onu Fars Körfəzinin suyu ilə doldurublar. Süni kanalın uzunluğu 2 mildir. Dünyanın ən böyük süni limanı Cəbəl Əli Limanı və dünyanın ən böyük birfazalı yaşayış kompleksi Jumeirah Beach Residence yaşayış kompleksi Dubay Marinada yerləşir.

Jumeirah Beach Residence 2008-ci ildə açılıb. Bu gün yaşayış kompleksinə 35 yaşayış qülləsi və 5 mehmanxana daxildir. Jumeirah Beach Hotel mehmanxanası 598 otağa, 20 restoran və bara malikdir və 364 min m2 sahəyə malik çimərliyi var.

dubai-11

Şeyx Zeyd Şossesi – ərəb əmirliklərinin ən uzun şossesi olan E11 şossesini formalaşdırmağa kömək edir.

Şəhərin əsas magistral yolu sahilə paraleldir və Palma Adası və Dubay Marinasını birləşdirir. Bəlkə də, Dubayın sürətlə böyüyən üfüqünün əsas bəzəyi dünyanın ən hündür tikilisi olan Bürc Xəlifədir. Dəbdəbəli sütunun uzunluğu 2, 716 ½ futdur.

dubai-9

Tikilinin 124-cü mərtəbədə yerləşən müşahidə məntəqəsindən görünüşü.

Qüllənin inşası 1325 günə başa çatdırılıb və bu müddət ərzində tikilinin inşasına 12, 000 işçi cəlb olunub. 2010-cu ildə, ilk əvvəl Bürc Dubay olaraq tanınan Bürc Xəlifənin inşası zamanı 31, 400 metrik ton armatur və ya polad alüminium istifadə olunub. Əgər yan-yana qoyulsaydı, bu polad konstruksiyalar ekvatorun uzunluğunun 4-də biri qədər edərdi.

dubai-10

“Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız”.

(Qurani-Kərim, “Təkasur” surəsi, 8-ci ayə)

Digər xəbərlər