Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Dünya gəncləri Quran biliklərində yarışacaq

Oktyabr 14
18:22 2014

“Sələf Xəbər” Ummaİnfo-ya istinadən bildirir ki, Səudiyyə Ərəbistanının Məkkə şəhəri, noyabrın 15-də Böyük Məsciddə keçiriləcək kral Əbdüləziz adına Beynəlxalq Quran qiraətçiləri, hafizləri və təfsirçiləri müsabiqəsinə hazırlaşır.

Bu tədbir ənənəvidir və artıq 36-cı dəfə keçiriləcək. Səudiyyə Ərəbistanının İslam işləri, vəqflər, dəvət və irşad işləri naziri şeyx Saleh əl-Şeyxin sözlərinə görə, müsabiqədə dünyanın hər yerindən müsəlman gənclər bir araya gələcək.

Nazir, müsabiqənin İslam qardaşlığı abu-havasında keçəcəyinə, iştirakçıların isə Allahın bəşəriyyətə lütf etdiyi ən uca Kitabı bilməkdə yarışacaqlarına inandığını dilə gətirib.

Saleh əl-Şeyx əlavə edib ki, Müqəddəs Quran cavan müsəlmanları yolunu azmaqdan və şərdən qoruyur: “ Gənc müsəlmanlar Allahın Kitabı ilə getməli, onun əmr və təlimlərini yerinə yetirməlidir, çünki bu – doğruluq və haqqın yoludur.

“Sizin ən xeyirliniz Quranı öyrənən və başqasına öyrədəndir” (Buxari).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər