Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Dünya tatarları məktəbdə hicab geyinməyi dəstəklədi

Avqust 11
13:01 2014

İslam-today.ru “Ansar.ru”-ya istinadən xəbər verir ki, Kazanda VI Ümumdünya Tatar Gənclərinin Forumu baş tutub. Forumda Rusiyanın 44 bölgəsindən və 25 xarici ölkədən 600 nümayəndə iştirak edib.

Diqqətəlayiqdir ki, Mordoviya məktəblərində hicabın qadağan edilməsi mövzusunda müzakirənin yekunu olaraq qətnamə qəbul edilib.

Ümumdünya Tatar Gənclərinin Forumu bəyan edib ki, qadın baş örtüyü – yaylıq – ənənəvi milli baş örtüyüdür və tatar mədəniyyəti və əxlaqının qorunub saxlanılmasına kömək edir.

“Ümumdünya Tatar Gənclərinin Forumu Mordoviya Respublikasının rəhbərliyinə, eləcə də hicabın qadağan edildiyi bütün Rusiya regionlarına müraciət edərək Hökumətin məktəblərdə baş örtüyü geyinməyi qadağan edən Qərarını ləğv etməyi xahiş edir.”, – qətnamədə deyilir.

 Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.

Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Müqəddəs Quran, “Əhzab” surəsi, 59).

Uca Allah həmçinin buyurur: “Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar…” (Müqəddəs Quran, “Nur” surəsi, 31).

“Görünənlər istisna olmaqla” – yəni üz və biləklərə qədər əllər.

Lakin, əlbəttə ki, bir çox hətta qeyri-müsəlman ölkələrindən (!) fərqli olaraq bir sıra müsəlman ölkələrində bəzən təhsil müəssisələrində müsəlman qadınların hicab geyinmək qadağası ilə rastlaşması faktı bizi kədərləndirməyə bilməz.

Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik! Amin!

Digər xəbərlər