Dünyada ilk dəfə: ərəblər süni şəhər tikirlər – FOTO
1. 274 dəfə baxılıb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində dünyanın ən hündür binası sayılan “Burj Khalifa” var. Amma bundan belə Dubay dünyada ilk süni şəhərin məkanı kimi tanına bilər.
Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, Dubayda dünyanın ən böyük ticarət kompleksi inşa olunacaq. Kompleksdə nəhəng tematik park, ümumi uzunluğu 10 km-ə çatacaq küçələr, apartamentlər və 100 otel olacaq.
Ümumi sahəsi 48 milyon kvadrat metr təşkil edəcək, şüşə ilə örtüləcək bu süni şəhərin havası kondisionerlər vasitəsilə tənzimlənəcək.
Dubayın əmiri, BƏƏ-nin vitse-prezidenti şeyx Məhəmməd bin Rəşid əl Məktum layihə ilə tanış olaraq onu təsdiqləyib.
Şeyxin dediyinə görə, Dubayın gəlirlərinin əsas hissəsini bundan belə turizm təşkil edəcək.
“İlboyu sərin temperatura malik bu şəhər vasitəsilə Dubaya daha çox turist cəlb etmək niyyətindəyik”, – Dubay əmiri deyib.
“İnsanlar hündür binalar tikməkdə rəqabət aparmayınca Qiyamət qopmaz” (“Səhih əl-Ədəb əl-müfrəd” 449).Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)