Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Dünyada ilk ekoloji məscid – FOTO

İyul 31
17:20 2014

Dubayda müsəlman dünyasında ilk ekoloji məscid – Xəlif əl-Tacər məscidi açılıb.

“İslam dla vsex” OnIslam-a istinadən xəbər verir ki, məscid Vəqf və həddi-buluğa çatmamışların işləri üzrə Fond (AMAF) tərəfindən anonim sponsorun vəsaitlərinə tikilib. Məscidin ərazisi 10 min kvadratmetri əhatə edir. Binanın sahəsi isə 4,2 min kvadratmetr təşkil edir ki, bu da 3500 insanın ibadət etməsinə imkan yaradılması deməkdir.

AMAF rəhbəri Tayyib əl-Raisin (TayebAlRais) sözlərinə görə, yeni məscid gələcək üçün ekoloji inşaat nümunəsi olacaqdır. “Mən əminəm ki, bu məscid müsəlmanlara ətraf mühitə qarşı olan vəzifələrini xatırladacaq, çünki İslam onlara təbiətin himayəçisi olmağı əmr edir”, – o, vurğulayıb.

Məsciddə ən yeni ekoloji cəhətdən səmərəli texnologiyalar təqdim olunub. Məsələn, dəstəmaz otaqlarında krandan gələn suyun verilmə surətini tənzimləməyə kömək edən qurğular istifadə edilmiş suyu ayaqyolunda və bitkilərin suvarılmasında təkrar istifadəsinə imkan verir. Xarici işıqlandırma, suyun qızdırılması və enerji toplayıcılarının
yüklənməsi günəş batareyaları hesabına təmin olunur.

Binada enerjiyə qənaət edən, sensorlu işıq lampaları quraşdırılıb. İşıq namaz vaxtı yanır, otaq boşaldıqda isə özü sönür. İqlim-nəzarət sistemi namaz vaxtından və otaqda olan insan sayından asılı olaraq kondisionerlərin işini tənzimləyir.

📷
sx-news-261-1

📷
sx-news-261-1

📷
sx-news-261-1

 Sələf Xəbər: Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrinin məşhur tələbəsi Həsən əl-Basri (Allah ona rəhmət etsin) demişdir: “Müsəlmanlar unutmamalıdır ki, məscidlər heç vaxt beş faydalı xüsusiyyətdən məhrum olmaz. Birinci fayda – Uca Allahın insanın keçmiş günahlarını bağışlaması, ikinci – Allah rizası üçün sevəcəyin mömin bir insanla tanışlıq, üçüncü – qonşularla ünsiyyət və ətrafındakılardan kimin xəstə, kimin kasıb olduğunu öyrənmək imkanı, dördüncü – göz və qulağın haramdan çəkindirilməsi, beşinci isə – insanı doğru yola yönəldəcək ayələrin məsciddə eşidilməsi” (“Cümə xütbələrinin toplusu”).

Digər xəbərlər