Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Dünyanın ən böyük çətirləri Məkkədə quraşdırılır

Mart 15
15:36 2016

Məkkə şəhərində Müqəddəs Məscidin şimal hissəsinə yaxın ərazidə həcc zamanı zəvvarları istidən qoruya biləcək dünyada ən böyük qatlanan çətirlərin quraşdırılması planlaşdırılır.

Almaniya istehsalı olan çətirlər Məkkə ərazisində quraşdırılacaq 8 nəhəng və yüksəktexnologiyalı konstruksiyanın ilk hissəsidir. Bundan başqa, Müqəddəs Məscidə yaxın ərazidə 8 iri çətirlə yanaşı, 54 kiçik çətirlər də inşa ediləcək.

Hündürlüyü 45 metr, çəkisi 16 tonn olan hər bir çətirdə zəvvarlar üçün kondisioner, müşahidə kameraları və iri saatlar quraşdırılacaq. Açıq vəziyyətdə olarkən 2400 kvadrat metr sahəyə kölğə salan hər bir çətir zəvvarları dözülməz istilərdən qoruyacaq.

Mənbə: Al-Arabiyya

Digər xəbərlər