Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Dünyanın ən böyük üçüncü məscidi inşa edilir – FOTO

Fevral 04
21:15 2015

Böyük Əlcazayir Məscidi və ətrafındakı ona bağlı binaların 120 min nəfərlik tutumu olacaq.

Əlcəzairdə İslam dünyasının ən böyük ibadət yerlərindən biri olacaq məscid tikilir.

“Sələf Xəbər”in “A24.az”-a istinadən məlumatına görə, Böyük Əlcazayir Məscidi və ətrafındakı ona bağlı binaların ümumilikdə 120 min nəfərlik tutumu olacaq.

Ərazisinə görə dünyanın ən böyük üçüncü, Afrikanın isə ən böyük məscidi olacağı deyilir. Tikinti işlərini isə Çin şirkəti həyata keçirir.

📷

Architektur Visualisierung 21 06 12 13 14

 Sələf Xəbər: Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrinin məşhur tələbəsi Həsən əl-Basri (Allah ona rəhmət etsin) demişdir: “Müsəlmanlar unutmamalıdır ki, məscidlər heç vaxt beş faydalı xüsusiyyətdən məhrum olmaz. Birinci fayda – Uca Allahın insanın keçmiş günahlarını bağışlaması, ikinci – Allah rizası üçün sevəcəyin mömin bir insanla tanışlıq, üçüncü – qonşularla ünsiyyət və ətrafındakılardan kimin xəstə, kimin kasıb olduğunu öyrənmək imkanı, dördüncü – göz və qulağın haramdan çəkindirilməsi, beşinci isə – insanı doğru yola yönəldəcək ayələrin məsciddə eşidilməsidir”. (“Cümə xütbələrinin toplusu”)

Digər xəbərlər