Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Dünyanın ən gözəl məscidləri – FOTO

Avqust 23
15:47 2014

Oxu.Az Buro 24/7 saytına istinadən İranlı tələbə Məhəmməd Gəncinin maraqlı layihəsini təqdim edir. Layihə müəllifi dünyanın müxtəlif ölkələrindəki məscidlərin interyerləri və tavanlarının fotolarını çəkir.

Bir çox məscidlərdə foto çəkmək qadağan olunduğu üçün bu layihə qeyri-adi interyerləri incələmək baxımından unikaldır.

Şəkillərdə Yaxın Şərq memarlığına xas eleqant tağları və spiral şəkilli sütunlarını aydın görmək mümkündür. Məscidlərin daxili divarlarındakı bənzərsiz naxışlar, eləcə də parlaq vitrajlar və həndəsi mozaika isə heç kəsi laqeyd qoymur.

📷

mascid-4

📷

mascid-3

📷

mascid-2

📷

mascid-1
📷

mascid-6
📷

mascid-5

 

 Sələf Xəbər: Məscidlərin, ibadət edənlərin maksimal komfortu və rahatlığı nəzərə alınmaqla, tikilməsi ən xeyirxah işlərdən biridir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim Allahın üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) tikər.” (Muslim).

Lakin müsəlmanlar məscidləri həddən artıq bəzəməkdən çəkinməlidir, çünki bu israfçılıq və lovğalıq kimi günahlara gətirə bilər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “İnsanlar bir-birlərinin qarşısında məscidlərdə öyünmədikcə Qiyamət qopmaz” (Əbu Davud).

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabəsi İbn Abbas (Allah ondan razı olsun) müsəlmanların nə üçün məscidlərlə öyündüyünü izah edərək demişdir: “Siz, məscidləri mütləq yəhudilərin və xaçpərəstlərin etdikləri kimi bəzəyəcəksiniz.” (Əl-Buxari).

Digər xəbərlər