Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Dünyanın ən unikal Quranı – FOTO

İyul 11
09:33 2014

ANS PRESS-in məlumatına görə, dünyanın iplə işlənən ilk Quranı Ginnesin rekorlar kitabına düşəcək. müqəddəs kitabı suriyalı Məhamməd Maher Hadri hazırlayıb.

Türkiyənin Başakşəhər bələdiyyəsi tərəfindən nümayişə çıxarılan Qurani Kərimin hazırlanması və cildlənməsi 12 il davam edib. Kitab Ramazan ayı boyunca Sular Vadisində sərgilənəcək. Məhəmməd Maher Hadri özü ixtisasca dərzidir.

Dünyada iplərlə işlənən ilk Qurani Kərim qızılı rəngli xüsusi saplarla parça üzərində həkk edilib. Onun sözlərinə görə, bu əsəri ortaya çıxarmaq istəyi Hələbdə işlədiyi zamanda ortaya çıxıb, bu işdə ona ən böyük dəstəyi həyat yoldaşı verib.

Suriyalı dərzi ölkəsində baş verənlərlə bağlı hər şeyini itirdiyini ancaq bu əl işini xilas edə bildiyini deyib.

📷

sx-news-132a

Uca Allah buyurur: “Bu (Quran), insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.”

(Müqəddəs Quran, “İbrahim” surəsi, 52-ci ayə).

Digər xəbərlər