Dünyanın ən uzun iftar süfrəsi – Misirdə
688 dəfə baxılıb
Misir Ərəb Respublikası yerli və dünya mətbuatında ən uzun iftar süfrəsi ilə gündəmə gəlib.
“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, iftar süfrəsi iyunun 26-da ölkənin Aralıq dənizi sahilində yerləşən İsgəndəriyyə şəhərində açılıb.
Sahilboyu açılan süfrənin uzunluğu 2.8 km olub. Qeyd olunur ki, 2800 metr uzunluqda qurulan stollar Ginnesin Rekordlar kitabına dünyanın ən uzun yemək süfrəsi kimi qeydiyyata düşüb.
İsgəndəriyyə meri Hani Mesiri bununla bağlı qeyd edib ki, çox sayda yeməkxana və restoran rəhbərliyi ən uzun iftar süfrəsinin təşkilinə dəstək verib. Mer, həmçinin məqsədlərinin, turistlərin diqqətini bu şəhərə cəlb etmək olduğunu bildirib.
İftar süfrəsində 7500 nəfər yemək yeyib və onlara, təxminən 650 könüllü xidmət göstərib.
Süfrənin hazırlanmasında bir çox əcnəbi missiyaların tanınmış aşpazları da yaxından iştirak edib.
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim oruc tutana iftar verərsə, ona oruc tutanın savabı qədər savab yazılar. Bundan əlavə, bu səbəbdən oruc tutanın savabından heç bir şey azalmaz”. (ət-Tirmizi)