Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Dünyanın qeyri-adi arxitekturalı 10 məscidi – FOTO

Oktyabr 12
18:58 2015

1.Malayziyada Kristal məscid

2008-ci ildə açılmış bu məscid Malayziyanın Kuala-Terengganu şəhərində yerləşir. Məscidin binası və minarəsi güzgülü şüşə ilə örtülmüş dəmir-beton struktura malikdir. Bu səbəbdən məscid gündüzlər günəş şüalarının altında, gecə isə rəngli daxili işıqlandırma sistemi sayəsində işıldayır. Güzgülü örtülərin günəş şüalarını əks etdirməsi səbəbi ilə binanın daxili hissəsi sərin qalır. Bu isə ibadət edənlərin rahatlığını təmin etmək üçün olduqca məqsədəuyğundur.

 151773-INNERRESIZED600-600-1 151828-INNERRESIZED600-600-1 151774-INNERRESIZED600-600-2

2. Malayziyada Dəmir məscid

Malayziyanın 13-cü kralının şərəfinə tikilmiş “Tuanku Mizan Zeynal Abidin Məscidi” və ya “Dəmir Məscid” Putracaya şəhərində yerləşir. Bu məscid yer üzündə bütünlüklə dəmirdən hazırlanmış yeganə məsciddir. 2009-cu ildə açılmış məscidin inşasına 5 il vaxt sərf olunub. Məscidin mehrab divarı 13 metr hündürlüyü olan şüşədən hazırlanıb. Məsciddə eyni vaxtda 24 000 müsəlman rahatlıqla ibadət edə bilər.

 151782-INNERRESIZED600-600-1 151823-INNERRESIZED600-600-1

3. İranda Taxta məscid

İranın Nişapur şəhəri yaxınlığında yerləşən bu məscid tamamilə taxtadan tikilib. Məscidin inşası üçün 40 ton odun istifadə olunub. Minarəsinin hündürlüyü 12 metr olan məscid seysmik mühəndislik texnologiyası üsulu ilə inşa edilib. Bu texnologiya sayəsində taxtadan tikilmiş məscid zəlzələyə olduqca davamlıdır.

 151785-INNERRESIZED600-600-2

 

4. Malidə Böyük Cənnə məscidi

Malidə Bani çayının sahilində yerləşən Cənnə məscidi dünyanın çiy kərpicdən tikilən ən böyük məscididir. Tikintisi 1907-ci ildə başa çatan Cənnə məscidi YUNESKO tərəfindən  dünyanın qeyri-maddi mədəni irsi sıyahısına daxil edilib. Məscidin həyətində hər bazar ertəsi günləri bazar təşkil olunur. Bura gələn hər bir şəhər sakini məscidin bərpası üçün yardımını əsirgəmir. Hər il mövsüm yağışları zamanı məscidin  gil örtüyü yuyulduğu üçün onu bərpa etmək lazım gəlir. Artıq çoxdandır ki, Böyük məscidin bərpası hər yaz möminləri birləşdirən sevincli bir hadisəyə çevrilib.

151787-INNERRESIZED600-600-1 151816-INNERRESIZED600-600-1 

 

5.Qanada Larabanga məscidi

Qananın şimal hissəsində Larabanga əyalətində yerləşən bu məscid XV əsrdə tikilib. “Qərbi Afrikanın Məkkəsi” adlandırılan məscidi əfsanəyə görə, Ayuba adlı islam tacirinin tikdiyi güman edilir. Gecələmək üçün həmin yerdə qalan tacir yuxusunda bu ərazidə məscid tikmək lazım olduğunu görür. Səhəri günü yuxudan oyandığı zaman məscidi tikmək üçün binövrə tapan tacir tikintiyə başlayır.

151790-INNERRESIZED600-600-2

6. Avstraliyada Marri məscidi

Cənubi Avstraliya Murray şəhərində yerləşən məscid 1882-ci ildə Britaniyanın Hindistandakı müstəmləkəsindən köç etmiş əfqan miqrantları tərəfindən inşa edilib. Marri məscidi Avstraliya qitəsində tikilmiş ilk məscid hesab olunur. Əslində şəhərdə sonradan məhv edilmiş başqa qədim məscid də varmış. 2003-cü ildə Murray əfqan icması qədim məscidi yenidən bərpa edib.

 151792-INNERRESIZED600-600-1

7. Çində Böyük Sian məscidi

Çinin dörd ən böyük məscidi və Sian əyalətinin ən qədim məscididir. XIV əsrdə inşa edildiyi güman edilən məscid məşhur dəniz səyyahı Çen Xenin vəsaiti hesabına tikilib. Bu tikili məscidə xas olmayan qeyri-adi memarlıq  üslubunda tikilmişdir. O özündə ənənəvi çin və islam memarlıq ünsürlərini birləşdirir.

151794-INNERRESIZED600-600-1 151795-INNERRESIZED600-600-2 

8.İraqın Samirrə şəhərində Böyük məscid

Dünyanın ən hündür spiralvari məscidi İraqın Samirrə şəhərində yerləşir. Məscid 848-852-ci illərdə Abbasi xəlifəsi Mütəvəkkil tərəfindən inşa edilib. IX əsrdə bişmiş kərpicdən tikilən məscid Şərq memarlığının unikal göstəricisidir. Uzaqdan konusa bənzəyən 52 metr hündürlüyü olan spiralvari minarə  yüksəkliyə qalxan pilləkəni xatırladır.

 151798-INNERRESIZED600-600-1

9. Türkiyədə Bursa məscidi

Ulu Cami kimi tanınan məscid Bursa şəhərinin ən böyük məscididr. Məscid 1396-1400-cü illərdə Sultan I Bəyazidin əmri ilə Səlcuq üslubunda tikilib. Məscidin  12 sütun və 2 minarəyə dayaqlanan 20 qübbəsi var. Bundan əlavə, məscidin içində fəvvarə də yerləşir.

 151808-INNERRESIZED600-600-1 151809-INNERRESIZED600-600-2

10. Türkiyədə “Şakirin” məscidi

2009-cu ildə inşa edilmiş məscid memarlıq baxımındanTürkiyə məscidləri içəsrisində ən unikaldır. Məcsidin içərisində firuzə daşları ilə bəzədilmiş qızılı mehrab və damlayan su damcılarını xatırladan qeyri-adi görünüşə malik şüşə çilçıraqlar yerləşir. Məscidin inşasında türklərlə yanaşı ingilislər və çinlilər də iştirak edib. “Şakirin” (şükr edənlər- tərc.) məscidi  Türkiyənin dizaynı qadın tərəfindən verilmiş ilk məscididir. İstanbulda yerləşən məscid müasir dizaynı və ənənəvi osmanlı memarlığını özündə cəmləyir.

151812-INNERRESIZED600-600-1

Mənbə: islam-today.ru

 

Digər xəbərlər