Dünyanın yeganə dəmir məscidi – FOTO
764 dəfə baxılıb
Malaziyanın paytaxtı Kuala – Lumpurdan 20 km cənubda yerləşən Putracaya şəhərində dünyada bənzəri olmayan qeyri-adi məscid yerləşir. Bu məscidi dünyanın digər məscidlərindən fərqləndirən isə onun poladdan tikilmiş olmasıdır. Məscidin rəsmi adı “Tuanku Mizan Zeynal Abidin Məscidi” olsa da bu cəhətinə görə, “Dəmir Məscid” kimi tanınır.
Məscidin mehrab divarı 13 metr hündürlüyü olan şüşədən hazırlanıb. Mehrabın sağ tərəfində şüşə üzərində “əl-Bəqərə” surəsindən, sol tərəfinə isə “İbrahim” surəsindən ayələr həkk olunub.
2004-cü ildə başlayıb 2009-cu ildə tikintisi başa çatan məscidin inşasına 5 il vaxt sərf olunub. Dəmir məsciddə eyni vaxtda 24 000 müsəlman rahatlıqla ibadət edə bilir.
“Sələf Xəbər” İslam-today.ru-ya istinadən bu qeyri-adi məscidin fotolarını sizə təqdim edir:
Sələf Xəbər: Uca Allah buyurur: “Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!” (Qurani-Kərim, “Cinn” surəsi, 18-ci ayə)
İbadət edənlərin komfortunu və rahatlığını maksimal dərəcədə nəzərə alaraq məscidlərin inşası ən xeyirxah əməllərdən biridir. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim Allah üçün bir məscid tiksə, Allah da onun üçün eynisini Cənnətdə tikər”. (Müslim)