Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Əali əş-Şeyx: Gəncləri “cihada”, öz övladlarını isə “istirahətə” göndərənlər

İyul 16
15:26 2014

Okaz qəzeti məşhur islam alimlərindən biri Abdulətif Əali əş-Şeyxin gənclərə müraciətini dərc edib.

Abdulətif Əali əş-Şeyx bu günlərdə Səudiyyə Ərəbistanı Yanbu şəhərindəki çıxışı zamanı müsəlmanlara, o cümlədən gənclərə müraciət edərək demişdir: “İndiki zamanda, özlərini islam alimləri kimi qələmə verən fitnəkarların bəzi müsəlman gənclərini aldadaraq qorxunc cinayətlər törətməyə, müxtəlif ölkələrin sabitliyini pozaraq, oralarda qan tökməyə səslədiklərinin şahidi oluruq. Bu fitnəyə çağıranlara aldanan bəzi gənclər, öz ölkələrinin rəhbərlərinin icazəsi olmadan və halal, haram və mübahın əsl biliciləri olan tanınmış, nüfuzlu islam alimlərindən nəsihət almadan, bu əyri yola düşürlər. Amma fikir versək görərik ki, cavanları oda – alova yönəldən bu ünsürlər özləri ailələri, oğlanları ilə birlikdə firavan həyat sürür, yay tətillərini dünyanın müxtəlif istirahət mərkəzlərində keçirirlər.”

Əali şeyx davam edərək bir daha vurğulayıb ki, islamın bütün əməlləri kimi, həqiqi cihadın da öz hökmləri, qaydaları, əhkamları vardır. Günahsız, dinc insanların qanını tökmək, anarxiya və özbaşınalıq heç zaman cihad sayıla bilməz! Alim, bu yaxınlarda Səudiyyə Ərəbistanı Krallığının cənub sərhəd giriş qapısı sayılan “Vadiə” məntəqəsinə xəvaric-təkfirçilərin hücum edərək bir neçə sərhədçini öldürməsini pisləyərək demişdir: “Mübarək Ramazan ayında və mübarək cümə günündə müsəlmanlara hücum edərək onları qətl edənlərin bu azğın əməli necə cihad sayıla bilər? Bu mübarək ayın toxunulmazlığını nəyinki islamda, hətta islamdan əvvəlki “cahiliyyə dövründə” belə qoruyardılar.”

Digər xəbərlər