Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Əbdüləziz Ali Şeyx: İslam ümmətini parçalamaq istəyən qüvvələr var

Oktyabr 04
17:48 2016

Selefxeber.az-ın “Tavasul” saytına istinadən məlumatına görə bu yaxınlarda Səudiyyə Ərəbistanın Ali müftisi şeyx Əbdüləziz Ali Şeyx , Böyük Alimlər Heyətinin üzvü Şeyx Saleh əl-Fovzanla birlikdə elmi konfrans keçirmişdir.

Müfti şeyx Əbdüləziz Ali Şeyx çıxışı zamanı bildirib ki, cəmiyyətdə şayiə yaymaq islam əxlaqına ziddir. Müsəlman yalnız doğru söz danışmalı və yalnız doğru sözü dinləməlidir.

Müfti bildirib ki, cəmiyyətdə şayiələr yaymaq düşmənlər tərəfindən idarə olunan gizli həmlələrdir. Məqsəd isə ümməti rəhbərlərə və alimlərə qarşı şəkk-şübhədə saxlamaqdır.

Ali müfti onu da qeyd edib ki, bir çox gizli təşkilatlar şəkk-şübhə və şayiə yaymaqla müsəlman cəmiyyətlərdə xaos yaratmaq istəyirlər. Bu təşkilatlar onların iç üzünü tanımayan adamları aldadırlar.
Bu səbəbdən müfti gəncləri belə şayiələrə qarşı mübarizə aparmağa, əldə olunan məlumatların dəqiqliyindən əmin olmağa səsləmişdir.

Böyük Alimlər heyətinin üzvü şeyx Saleh əl-Fovzan isə öz növbəsində bildirib ki, müsəlman öz müsəlman qardaşının eyibini örtməyə çalışmalıdır. O, hər kəsi şayiələrdən çəkinməyə və əldə olunan məlumatların dəqiqliyinə əmin olmağa çağırmışdır.

Daha sonra Şeyx Fovzan bildirib ki, şayiə yayanlar üçün şiddətli əzab vəd edilmişdir. Buna görə də şayiə yaymaq müsəlmana yaraşan hərəkət deyil.

Digər xəbərlər