Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ebola və MERS virusları zəvvarlardan yan keçdi

Oktyabr 08
18:24 2014

“Sələf Xəbər” islam-today.ru saytına istinadən bildirir ki, Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyinin məlumatına görə, həcc etmək üçün Məkkəyə gəlmiş zəvvarların Ebola qızdırması və Yaxın Şərq Nəfəsalma Sindromuna (MERS) yoluxma halları aşkar edilməyib.

“Epidemiya xəstəliklərindən heç birinin zəvvarlara toxunmadığını bildirməyimə şadam.”, Səudiyyə Ərəbistanının Səhiyyə Naziri Adil Fəkeyh jurnalistlərə bildirib.

Xəbər verdiyimiz kimi, ehtiyat tədbiri olaraq, Ebola qızdırmasının yayıldığı Liberiya, Syera-Leon və Qvineya ölkələrindən olan müsəlmanların bu il həcc üçün SƏK-a girişinə qadağa qoyulmuşdu.

“Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz.”

Qurani Kərim, “Təğabun” surəsi, 11-ci ayə

Digər xəbərlər