Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Edamdan xilas olmaq üçün Türk vətəndaşı ola bilərmi?

İyun 03
15:03 2015

Misirin devrilmiş lideri Məhəmməd Mursin haqqında verilən edam cəzasından xilas olmaq üçün ölkəsinin vətəndaşlığından çıxa biləcəyi irəli sürülüb.

“Sələf Xəbər” Türkiyə mediasına istinadən məlumat verir ki, Misirdə nəşr olunan “Əl-Elam əl-Yum” qəzeti, 2013-cü ildə hərbi müdaxilənin ardından həbs olunan devrilmiş prezident Məhəmməd Mursinin 16 mayda aldığı edam cəzasından xilas olmaq üçün Misir pasportundan imtina edərək başqa bir ölkənin vətəndaşlığına keçəcəyini yazıb. Misir qanunlarına görə, xarici ölkə vətəndaşları haqqındakı edam cəzalarının məhkəmə qərarı ilə ləğv edilməsi mümkündür.

“Müsəlman qardaşlar” hərəkatının Mursini edam cəzasından xilas etmək üçün Misir vətəndaşlığından çıxarılması variantının işə yarayıb-yaramadığını araşdırdığı bildirilir. Bildirildiyinə görə, daha əvvəl “Müsəlman qardaşlar”ına mənsub Salah Sultanın oğlu Məhəmməd Sultan, ABŞ vətəndaşı olduğu üçün haqqındakı edam qərarı ləğv edilərək ABŞ-a göndərilmişdi. Məhəmməd Sultan, bu haqdan istifadə etmək üçün Misir vətəndaşlığından imtina etmişdi.

Qəzetə müsahibə verən mütəxəssislərə görə, ikili vətəndaşlığı olmayan Mursinin Misir qanunlarında bu vəziyyətdən istifadə etməsi daha çətin olacaq. Ancaq mütəxəssislər, Mursinin Türkiyə vətəndaşlığı ala biləcəyini irəli sürür. Digər tərəfdən, Mursiyə verilən ölüm hökmü haqqındakı yekun qərar iyunun 16-dək təxirə salınıb. Misir qanunlarına görə, edam sənədləri qərar bağlanmadan əvvəl dövlət müftisinə göndərilir. Müftinin rəyi alındıqdan sonra məhkəmə yekun qərarını verir.

Sələf Xəbər: Məşhur alim şeyx Salih Əli Şeyx (Allah onu qorusun) “Müsəlman qardaşlar” təriqətinin hədəfləri barədə bunları deyib: “Onların çağırışının hədəfi – dövlətlətçiliyə nail olmaqdır (dövlətdə hakimiyyəti əldə etmək). İnsanları Böyük və Uca Allahın cəzasından qurtarmağa, Onun rəhmətinə nail olmağa gəldikdə isə buna diqqət ayırmırlar və əhəmiyyət vermirlər”.

Digər xəbərlər