Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Əfqan ordusu şəhəri “Taliban”dan geri alıb

Oktyabr 01
18:08 2015

Əfqan ordu birlikləri, bir neçə gün öncə “Taliban”ın nəzarətinə keçən Kunduz şəhərini geri ala bilib.

“Sələf Xəbər” Sputnik.az-a istinadən bildirir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Sadıq Sadıqi məlumat verib. Onun sözlərinə görə, Kunduz şəhəri geri qaytarılıb və taliblərdən təmizlənib.

“Taliblər çoxlu sayda itki verib”, – deyə Sadıqi əlavə edib.

Kunduz şəhərində NATO-ya aid güclər və ABŞ hərbi təyyarələrinin dəstəyi ilə əfqan təhlükəsizlik qüvvələri və “Taliban” arasındakı qarşıdurmalar davam edir.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər