Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Əfqanıstan Prezidentinin qardaşı öldürüldü

İyul 30
16:38 2014

Musavat.com-un “Frans Press”ə istinadən verdiyi məlumata görə, Əfqanıstanın prezidenti Həmid Kərzayın qardaşı, Xaşmat Kərzay ölkənin cənubunda – Qəndəhar əyalətində terrorçu-intiharçı tərəfindən öldürülüb.

Terrorçu onun evinə Fitr bayramı münasibətilə təbrik etmək adı ilə daxil olub. Terrorçu-intiharçı prezidentin qardaşını qucaqlayandan sonra partlayıcı maddə işə düşüb.

 Sələf Xəbər: XX-ci əsrin nüfuzlu İslam alimi, mərhum şeyx Useymin (Allah ona rəhmət etsin) deyib: “Özünü düşmənlərin arasında partlatmaq üçün partlayıcı maddəni bədəninə bağlayan insan – intihar etmişdir, və o cəhənnəm odunda özünü öldürdüyü vasitə ilə əzaba məruz qalacaqdır, necə ki, bu barədə səhih hədislərdən birində deyilir. Uca Allahının “… özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı Rəhmlidir” (Müqəddəs Quran, “Nisa” surəsi, 29-cu ayə), sözlərini oxuyub belə əməllər törədən insanlar buna görə təəccüb doğurur.” (Müsəlman ilahiyyatçıların müasirliyin çağırışlarına cavabları).

Digər xəbərlər