Əfqanıstanda 350 məhbus həbsxanadan qaçıb
638 dəfə baxılıb
Qaçan məhbusların 150-si “Taliban” hərəkatının üzvü olub.
Əfqanıstanın Qəznə şəhərində həbsxanadan 350-dən çox məhbus qaçıb.
“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, bu barədə şəhər başçısının müavini Məhəməd Əli Əhmədi bildirib.
Məlumata görə, qaçan məhbusların 150-si “Taliban” hərəkatının üzvü olub.
Xəbərdə bildirilib ki, hadisə mütəşəkkil və yaxşı silahlanmış “talıban”çıların həbsxanaya hücumu nəticəsində baş verib.
Sələf Xəbər: Ekstremist-xəvariclərin terror hücumlarından ən çox zərər görmüş ölkələrdən biri olan Səudiyyə Ərəbistanı xəvaric ekstremizmi ilə mübarizədə böyük müvəffəqiyyətlərə nail olub. İlk dəfə olaraq məhz Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham edilmiş cinayətkarların reabilitasiyası üzrə xüsusi proqram yaradılıb. Bu proqramın əsas fərqləndirici xüsusiyyəti ondadır ki, ekstremistlərə sadəcə cinayət törətmiş insanlar kimi deyil, ekstremist ideyalarla zombiləşdirilmiş ideoloji-xəstə insanlar kimi baxılır. Bu proqram çərçivəsində, saxlanılan ekstremistlər ümumi həbsxanalara yerləşdirilmir, çünki onlar başqalarını da öz ideyaları ilə yoluxdura bilərlər.
Belə cinayətkarlar üçün ayrı bərpa mərkəzləri yaradılıb, burada onlar ciddi nəzarət altındadırlar. Bu mərkəzlərdə daimi olaraq müsəlman alimləri tərəfindən dərslər keçirilir və bu dərslərdə ekstremist-xəvaric fikirlərinin yanlış və zəlalət olduğu izah olunur. Bu proqram nəticəsində, bir çox terrorçular öz ekstremist-xəvaric nöqteyi-nəzərlərini tərk etdilər və Səudiyyə Ərəbistanda ekstremizmin yayılma sürəti olduqca zəiflədi.
Çox ölkələr və beynəlxalq təşkilatlar, xüsusilə, BMT Təhlükəsizlik Şurası, bu proqramın fəaliyyətini yüksək qiymətləndirərək dünyanın bütün ölkələrini ekstremizmə qarşı mübarizənin bu metodlarını tətbiq etməyə çağırıblar.