Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
Dekabr 26
17:38
2015
593 dəfə baxılıb
Əfqanıstanın şimal bölgəsində 6,2 bal gücündə zəlzələ baş verib.
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, yerli vaxtla saat 23:44-də qeydə alınan yeraltı təkanların episentri İşkaşim şəhərindən 33 km cənub-qərbdə, ocağı isə 200 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur. Qeyd olunur ki, zəlzələ Pakistan və Hindistanda da hiss olunub.
Sələf Xəbər: Uca Allah buyurur: “İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar”. (Qurani-Kərim, “Rum” surəsi, 41-ci ayə)
Xatırladaq ki, zəlzələlərin tez-tez baş verməsi Qiyamət gününün əlamətlərindən biridir. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Zəlzələlər çoxalmayana qədər Qiyamət qopmaz”. (əl-Buxari)