Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Əfqanıstanda ABŞ bazasına hücum edilib

İyul 13
16:18 2015

Əfqanıstanda ABŞ əsgərlərinin olduğu Çapman bazasının əsas korpusu yaxınlığında hücum baş verib.

“Sələf Xəbər” ATV.az-a istinadən bildirir ki, hücumda 25 nəfər həlak olub, 10 nəfər isə yaralanıb. Hadisə zamanı ABŞ əsgərlərinə zərər dəyib-dəymədiyi haqqında dəqiq məlumat yoxdur. Hücumun iftardan bir neçə dəqiqə sonra baş verdiyi və ölənlər arasında uşaq və qadınların da olduğu bildirilib.

Əfqanıstanda olan NATO qüvvələri rəsmiləri ABŞ əsgərlərinin olduğu Çapman bazasında baş verən hücumu təsdiq etsələr də, ərtraflı məlumat verməyiblər.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)

Digər xəbərlər