Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Əfqanıstanda avtobusa hücum nəticəsində 13 nəfər ölüb

Mart 24
13:44 2015

Əfqanıstanın şərqində, Vardak əyalətində naməlum silahlılar sərnişin avtobusuna hücum edib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, nəticədə 13 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Yerli hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır.

Sələf Xəbər: Uca Allah buyurur: “Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir”. (Qurani-Kərim, “Maidə” surəsi, 33-cü ayə)

“Allaha və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) qarşı vuruşmaq adı altında Ona və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) bəslənən düşmənçilik münasibəti və həmçinin kafirlik, qətllər, özgəsinin malını mənimsəmə və ya yollarda quldurluq etmə vasitəsilə yer üzündə fitnə-fəsad yaymaq nəzərdə tutulur.

Yaxşı məlumdur ki, bu şərəfli ayə şəhərlərdə və ya kimsəsiz yerlərdə insanlara basqın edən, onların malını zəbt edən, onları öldürən, insanların ürəklərinə qorxu salan, onları yollarla səfərə çıxmaqdan əl çəkməyə məcbur edən yolkəsən quldurlar haqqında nazil olmuşdur. Onlar sanki yolların arasını kəsirdilər və Uca Allah da bildirir ki, bunun əvəzi sadalanan cəzalardan biridir.”

Digər xəbərlər