Əfqanıstanda güclü zəlzələ baş verib
Oktyabr 26
17:23
2015
637 dəfə baxılıb
Zəlzələ Azərbaycanda da hiss olunub.
Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində 63 nəfər ölüb.
“Sələf Xəbər”in Milli.az-a istinadən verdiyi məlumata görə, 7,5 bal gücündə zəlzələ nəticəsində 21 Əfqanıstan vətəndaşı həyatını itirib.
Ölənlərdən 12-si Tahat vilayətində məktəbdən çıxmaq istəyərək basabasda qalan qız uşaqları olub.
Əfqanıstanda baş verən zəlzələ nəticəsində Pakistanda ölənlərin sayı isə 42 nəfərdir. Ölümlər Sialkon və Multan şəhərlərində qeydə alınıb.
Zəlzələnin ocağı Əfqanıstanın Curm şəhərindən 45 km cənub-qərbdə, 212,5 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar Pakistan, Hindistan, Qırğızıstan, Tacikistan, Azərbaycan və Qazaxıstanda da hiss olunub.
Sələf Xəbər: Uca Allah buyurur: “İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar”. (Qurani-Kərim, “Rum” surəsi, 41-ci ayə)