Əfqanıstanda kamikadze hücumu: 11 ölü, 40 yaralı
Fevral 27
18:15
2016
627 dəfə baxılıb
Əfqanıstanın şərqində terror aktı törədilib.
“Sələf Xəbər” Modern.az-a istinadən xəbər verir ki, Kunar vilayətinin Əsədabad şəhərində vilayətin qubernatorunu hədəf alan teror aktı zamanı 11 nəfər ölüb, 40 nəfər isə xəsarət alıb.
Lakin qubernator xəsarət almadan qurtulub.
Əfqanıstanda situasiya son aylar kəskin pisləşib. Taliban qruplaşması ölkənin cənub bölgələrində bir çox əraziləri nəzarətə alıb.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)