Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Əfqanıstanda məscidə hücum edilib

Mart 29
17:18 2016

Əfqanıstanda terror aktı törədilib.

“Sələf Xəbər” ATV.az-a istinadən bildirir ki, naməlum silahlı şəxslər Nanqarhar şəhərindəki məscidlərdən birinə hücum ediblər. Axşam namazı əsnasında məscidə daxil olan silahlılar ibadət edən kütləni atəşə tutublar. Hadisə nəticəsində 4 nəfər həlak olub, daha 3 insan isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Əfqanıstanın təhlükəsizlik əməkdaşlarının verdiyi məlumata görə hələ ki, terror aktını həyata keçirmiş şəxsləri həbs etmək mümkün olmayıb. Onlar naməlum istiqamətdə qaçaraq izlərini itirməyə müvəffəq olublar. Amma hazırda onların şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində işlər aparılır. Hadisənin baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri də gücləndirilib.

Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)

Digər xəbərlər