Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Əfqanıstanda qar uçqunu 200 nəfərin ölümünə səbəb oldu

Fevral 26
18:07 2015

İki gündür güclü qar yağması Əfqanıstanın Pəncşər əyalətində uçqunlara səbəb olub. Şəhərin müxtəlif bölgələrində onlarla uçqun baş verib.

Ölənlərin sayı ilə bağlı son məlumat əldə edilib. Əfqanıstanın Pəncşər əyalətində qar uçqunu nəticəsində ölənlərin sayı 200 nəfəri ötüb.

“Sələf Xəbər” bu barədə Trend-ə istinadən məlumat verir. Bundan əvvəl, təqribən, 186 nəfərin öldüyü bildirilirdi. Hazırda xilasetmə işləri davam edir.

 Sələf Xəbər: Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 155-157-ci ayələr)

Digər xəbərlər