Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Əfqanıstanda qarşıdurmada 37 Taliban üzvü məhv edilib

Avqust 12
17:55 2014

“Sələf Xəbər” “İnterpress.az”-a istinadla xəbər verir ki, Əfqanıstanın şərqdəki Nangarhar və Kunar şəhərlərində Əfqan gücləri və Taliban arasındakı qarşıdurmalarda 52 adam həyatını itirib.

Nangarhar Valiliyinin sözçüsü Əhməd Ziya Abdulzai, “Anadolu Ajansı”- na verdiyi açıqlamada Hogyanay əyalətində Taliban və əfqan qüvvələri arasında iki gündür davam edən qarşıdurmada 37 Taliban üzvünün öldürüldüyünü söyləyib.

Onun sözlərinə görə, “qarşıdurma zamanı NATO tərəfindən hava dəstəyi olduğu üçün Əfqan ordusunun indiyə qədər itki verməyib”.

Kunar valisi Şuca Almulk Celalə Naray mahalında onlarla terrorçunun sərhəd polisin nəzarət nöqtələrinə silahlı hücum təşkil etdiyini bildirib və sonra baş verən qarşıdurmada 12 terrorçunun öldüyünü, 13-ün yaralandığını əlavə edib.

Qarşıdurma zamanı polisin bölgədəki xalq tərəfindən dəstəkləndiyini bildirən Celalə, saatlarla davam edən qarşıdurmalarda 2 qadın və 1 polisin həyatını itirdiyini, 7 polis, 2 qadın və 2 uşağın yaralandığını vurğulayıb.

 Sələf Xəbər: “Əbubəkr” məscidinin dini icmasının başçısı Qamət Süleymanov Taliban hərəkatı barəsində soruşulub, cavab olaraq o deyib: “Taliblər, ümumiyyətlə, sufidirlər. Bu cərəyan “dübəndilər” adlanır. Onların sələflərə heç bir aidiyyəti yoxdur. Onların mübarizəsi cihad deyil. Bu yalnız partiyalar arasında mübarizədir. Bu partiyalardan hər birini müəyyən bir ölkə dəstəkləyir. Orada məsələ heçdə dinə deyil, siyasətə aiddir.”

Digər xəbərlər