Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Əfqanıstanda “Taliban” üzvləri aeroporta hücum edib

Dekabr 10
18:38 2015

Əfqanıstan Silahlı Qüvvələri Qəndəhar aeroportuna hücumu dəf edib, 61 nəfər həlak olub.

Əfqanıstan Silahlı Qüvvələri 24 saatdan artıq davam edən qarşıdurmadan sonra “Taliban” üzvlərini Qəndəhar aeroportundan çıxara bilib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, aeroport uğrunda gedən döyüşdə 61 nəfər həlak olub.

Qeyd edək ki, əvvəlcə aeroporta hücum edərək orada möhkəmlənən 11 “talibançı”, ardınca aeroportla eyni kompleksə aid olan məktəb və hərbi bazanı da nəzarəti ələ keçirib.

Aeroportun onlardan azad edilməsi üçün əməliyyata başlanıb.

Müdafiə Nazirliyi əməliyyat nəticəsində ölənlər arasında 38 mülki şəxsi, 10 əfqan əsgəri, 2 polis olduğunu açıqlayıb.

Hərbi bazanın heyəti zərər çəkməyib.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər