Əfqanıstanda terror: 10 polis həlak olub
789 dəfə baxılıb
“Sələf Xəbər”-in interpress.az-a istinadən xəbərinə görə, Əfqanıstanda dünən silsilə partlayışlar baş verib.
Terrorçuların törətdiyi partlayışlar nəticəsində ölkənin 10 hüquq-mühafizə orqanları işçisi öldürülüb.
İlk partlayış Logar vilayətində meydana gəlib.
İntiharçı polis bölməsinə girərək özünü partladıb. Polis bölməsində olan 7 mühafizəçi həlak olub. Daha bir partlayış Nangarhar vilayətində baş verib. Arabanın altında gizlədilmiş partlayıcı qurğu işə salınıb.
Hadisə nəticəsində 3 polis həyatını itirib. Digər partlayış Əfqanıstanın paytaxtı Kabildə baş verib. Naməlum şəxslər yerli universitet yaxınlığında əkilmiş gül koluna gizlədilmiş partlayıcını işə salıb. Terror aktı nəticəsində 3 nəfər yaralanıb.
Logar və Nangarharda törədilmiş terror aktlarını Taliban terror qruplaşması öz üzərinə götürüb.
Noyabrın 9-da Talibançı intiharçı Kabildə polis qərargahına daxil olaraq baş əməkdaşlardan birinin ofisində özünü partladıb. Nəticədə 1 nəfər ölüb, 6 nəfər ağır yaralanıb.
Ekspertlərin rəyinə görə, bu hücumlar dekabr ayında start götürəcək NATO qoşunlarının çıxarılması ilə bağlıdır. 2015-ci ildən başlayaraq islamçı terrorçularla, yerli ordu və polis mübarizə orqanları məşğul olacaq.
Koalisiya mətbuat xidmətindən verilən məlumata görə, 2014-cü ildə 4600 əfqan təhlükəsizlik qüvvələrinin əməkdaşları öldürülüb.
Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120).