Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Əfqanıstanda terror aktı törədilib

Aprel 18
19:09 2015

Əfqanıstanın şərqindəki Cəlalabadda baş verən partlayış zamanı 33 nəfər ölüb, 100 nəfər yaralanıb.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, terror aktı səhər vaxtı dövlət işçilərinin maaş aldığı bankın yanında baş verib.

Ölən və yaralananların sayı dəqiqləşdirilir.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi imanı olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər