Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Əfqanıstanda zəlzələdən ölənlərin sayı artır

Oktyabr 27
15:37 2015

Baş verən 7.7 ballıq zəlzələ nəticəsində Əfqanıstan və Pakistanda ölənlərin sayı 261 nəfərə çatıb.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin işçiləri xalqı 24 saat içində dağıntıların ola biləcəyini nəzərə alaraq ziyan görən evlərə girməyi yasaqlayıb. Ölkə daxilində fövqəladə vəziyyət elan edilib.

Elektrik xətlərinin ziyan görməsi üzündən bəzi bölgələrdə elektrik kəsintiləri yaşanır, əhali arasında rabitə əlaqəsi yaratmaq imkansız hala düşüb. Zəlzələdən sonra sürüşmələr olduğu üçün Pakistan və Çin arasındakı magistral yol bağlanıb.

Xatırladaq ki, dünən episentri Əfqanıstanın paytaxtı Kabilin 254 kilometr şimal-şərqində yerləşən 7.7 ballıq zəlzələdə Pakistan və Əfqanıstana ciddi ziyan dəyib.

Sələf Xəbər: Xatırladaq ki, zəlzələlərin tez-tez baş verməsi Qiyamət gününün əlamətlərindən biridir. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Zəlzələlər çoxalmayana qədər Qiyamət qopmaz”. (əl-Buxari)

Digər xəbərlər