Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Əhməd Davudoğlu: “Məscid hücumlarına qarşı da eyni həssaslığı gözləyirik”

Yanvar 12
16:11 2015

“Məscid hücumlarına qarşı da eyni həssaslığın göstərilməsini gözləyirik. Türkiyənin bu məsələdə mövqeyi prinsipialdır”.

“Sələf Xəbər” Publika.az-a istinadən xəbər verir ki, bunu Parisdə terrora qarşı keçirilən aksiyada iştirak edən Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

Baş nazir Türkiyənin terrora qarşı barışmaz mövqeyinin heç zaman dəyişməyəcəyini bildirib.
Əhməd Davudoğlu, Fransa Prezidenti Fransua Ollandın terrorun İslamla heç bir əlaqəsi olmadığı haqqında etirafını da yüksək qiymətləndirib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində, onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.” (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)

Digər xəbərlər