Əl-Əqsa məscidində gərginlik davam edir
858 dəfə baxılıb
“Sələf Xəbər” TRT Azərbaycan-a istinadən xəbər verir ki, Əl-Əqsa məscidini müsəlmanların girişinə bağlayan İsrail əsgərləri etiraz nümayişi təşkil edən fələstinlilərə səs bombaları və bibər qazı ilə müdaxilə edib.
Hadisədə 20-dən çox insan yaralanıb. Rəsmi danışıqlar məqsədi ilə bölgədə səfərdə olan Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Mun Qüdsdəki təxribatlara qarşı çıxıb.
O, Fələstinin Baş naziri Rami əl-Hamdallah ilə Rəmallahda birgə mətbuat konfransı keçiriblər. Qahirədə Qəzzanin yenidən qurulması, abadlaşdırılması üçün edilən 5,4 milyard dollarlıq yardımın əhəmiyyətinə toxunan Baş katib “yenidənqurma əhəmiyyətlidir, lakin önəmli olan qeyri-sabitliyin əsas səbəbləri tapılsın” deyib.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 114-cü ayə).
“Ən zalım insanlar və ən qəddar cinayətkarlar – məscidlərdə Allahı zikr etməyə mane olanlar və namaz qılmağa və ibadətin digər mərasimlərini keçirməyə imkan verməyənlər, məscidləri maddi və mənəvi cəhətdən dağıtmağa can atanlardır. Məscidlərin maddi cəhətdən dağıdılması dedikdə, onların binalarının sökülməsi, onlara vurulan ziyan və onların natəmizliklərlə murdarlanması nəzərdə tutulur. Mənəvi cəhətdən dağıdılma altında isə, namaz qılanlara məscidlərdə Allahın adının zikr edilməsinə imkan verilməməkdir.” (Bax “Təfsir Əs-Saadi”).