Əl-Əqsa məscidində ilk Cümə həyəcanı
731 dəfə baxılıb
Fələstində yaşayan minlərlə fələstinli, Ramazan ayının ilk Cümə namazını qılmaq üçün əl-Əqsa məscidinə axın edib.
İsrailin işğalçı gücləri tərəfindən Qüdsə daxil olmalarına icazə verilməyən gənclər, divarı aşıb Məscidul-Əqsaya girmək üçün hər yolu sınaqdan keçiriblər.
“Sələf Xəbər” Türkiyə mətbuatına istinadən bildirir ki, əl-Əqsa məscidinə çatmaq üçün erkən saatlarda yola çıxan Fələstinlilər Qüds yolunda qoyulan hərbi nəzarət nöqtələrində izdiham yaradıb.
Ramallah ilə Qüds arasında Kalendiya hərbi nəzarət nöqtəsində məlumat verən Abdulla İyad, “İsrail namaz üçün əl-Əqsaya getməyimizə icazə verdi. O bizim məscidimiz və bu bizim haqqımızdır. Minnət qoyulası bir vəziyyət deyil. Məscidə girişin sadələşdirilməsindən bəhs edirlər, ancaq 40 yaşından aşağı kişilərin əl-Əqsaya girişiniini əngəlləyirlər”- deyib.
Rim Advan adlı digər Fələstinli isə belə söyləyib: “İsrail bir tərəfdən ibadət etmə azadlığını məhdudlaşdıraraq Qüdsə Məscidul-Əqsaya girişi qadağan edir, o biri tərəfdən də dünyaya dini dözümlülükdə olduğunu göstərməyə çalışır”.
Beytullahim və Qüds arasında yerləşən nəzarət nöqtəsində də eyni sıxlığın yaşandığı deyilir. Qüdsə daxil olmalarına icazə verilməyən gənclər, divarı aşıb əl-Əqsa məscidinə daxil olmaq üçün hər yolu axtarırlar. Bu məsciddə namaz qılmasına mane olunan gənclər, əl-Əqsaya girməyə onların da haqları olduğunu və İsrail əsgərlərindən qorxmadıqlarını bildiriblər.
Qeyd edək ki, İsrail daxilindəki fələstinlilərin qurduğu “1948 Torpaqları İslami Hərəkatı” tərəfindən, 10 iyunda edilən açıqlamada, ramazan ayında Məscidul-əl-Əqsaya toplanmaları üçün çağırış etmişdi.
Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir” (Müqəddəs Quran, “İsra” surəsi, 1-ci ayə).
“Uca Allah Onun böyük möcüzələri və əzəmətli lütfü şəklində təzahür edən kamilliyini və əzəmətini vurğulayır. Belə möcüzələrdən biri Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gecə vaxtı dünyanın ən şərəfli məscidi olan Məkkədəki Məscidul-Həram (Hörmətli məscid – tərc.) məscidindən, dünyanın möhtərəm məscidlərindən və peyğəmbərlərin sığınacağı olan Yerusəlimdəki əl-Əqsa məscidinə səyahətidir. Bir gecə ərzində Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) çox böyük bir məsafə qət etmiş və elə həmin gecə geri qayıtmışdır.
Bu torpağın üstünlüklərindən biri isə, Məscidul-Həramdan və Mədinədəki Peyğəmbər məscidindən başqa dünyadakı bütün məscidlərdən üstün olan əl-Əqsa məscidinin özüdür. Allah möminlərə bu məscidi ziyarət etmək və orada namaz qılmaq məqsədilə səyahətə getməyi buyurub. Allah-Təala, həmçinin bu torpağı Öz şərəfli peyğəmbərləri, seçilmiş qullarının məskəni olaraq seçmişdir”. (Bax: “Təfsir Əs-Saadi”)