Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Əl-Əqsa məscidinə basqın edildi

Dekabr 01
15:35 2016

İsrailin qəsəbə sakinlərinin bir qrupu çərşənbə günü İsrail hərbçilərinin dəstəyi ilə əl-Əqsa məscidinin həyətlərinə hücum ediblər.

Selefxeber.azEurasiadiary.Az” İnformasiya Agentliyinə istinadən bildirir ki, qəsəbə sakinləri əl-Əqsa məscidinin həyətlərinə daxil olduqdan sonra islam əleyhinə şüarlar səsləndiriblər.

Qüds və əl-Əqsa məscidi 2015-ci il oktyabr ayının əvvəlindən qəsəbə sakinləri və İsrail hərbçilərinin irimiqyaslı hücumları və toqquşma meydanına çevrilib. Bu müddətdə israilli hərbçilərlə fələstinli namaz qılanlar arasında güclü qarşıdurmalar baş verib.

İsrailli hərbçilər Qüds İntifazəsinin əvvəlindən indiyə qədər 265 fələstinliyə atəş açaraq öldürüb, 2400-dən çox fələstinlini yaralanıb.

Sələf Xəbər: Uca Allah zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).

Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar – məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).

Digər xəbərlər