Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Əl-Əqsa məscidinə nəzarət kameraları quraşdırılması planlaşdırılır

Oktyabr 26
15:52 2015

Müqəddəs yerə nəzarət kameralarının yerləşdirilməsi hər bir tərəfin maraqlarına xidmət etmiş olar.

İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, yəhudilər üçün Məbəd dağı, müsəlmanlar üçün isə Əl-Əqsa məscidi kimi tanınan müqəddəs yerə nəzarət kameralarının yerləşdirilməsi hər bir tərəfin maraqlarına xidmət etmiş olar.

“Sələf Xəbər”in “Report”a istinadən verdiyi xəbərə görə, Netanyahu, Nazirlər kabinetinin iclasında deyib ki, bu addım həm İsrailin qaydaları dəyişərək müsəlmanların orada ibadət etməsinin qarşısını almağa çalışdığı iddialarını rədd etməyə, həm də provokasiyalarının həqiqətən haradan qaynaqlandığını göstərməyə kömək edər.

Son bir neçə həftədə 10 israillinin və 50 fələstinlinin ölümündən sonra bölgədə gərginlik artıb.

Bu gün, həmçinin İsrail ordusu bildirib ki, İordan çayının Qərb Sahilində fələstinli bıçaq zərbəsi endirərək bir israillini yüngül yaralayıb. Daha sonra fələstinin hadisə yerindən qaçdığı bildirilir.

Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”. (Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə)

“Uca Allah Onun böyük möcüzələri və əzəmətli lütfü şəklində təzahür edən kamilliyini və əzəmətini vurğulayır. Belə möcüzələrdən biri Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gecə vaxtı dünyanın ən şərəfli məscidi olan Məkkədəki Məscidul-Həram (Hörmətli məscid – tərc.) məscidindən, dünyanın möhtərəm məscidlərindən və peyğəmbərlərin sığınacağı olan Yerusəlimdəki əl-Əqsa məscidinə səyahətidir. Bir gecə ərzində Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) çox böyük bir məsafə qət etmiş və elə həmin gecə geri qayıtmışdır. Allah onun doğru yola bağlılığını, onun elmini artırmış və ona səbatlıq və haqqı batildən ayırmaq qabiliyyəti öyrətmiş möcüzələr göstərmişdir.

Bu torpağın üstünlüklərindən biri isə, Məscidul-Həramdan və Mədinədəki Peyğəmbər məscidindən başqa dünyadakı bütün məscidlərdən üstün olan əl-Əqsa məscidinin özüdür. Allah möminlərə bu məscidi ziyarət etmək və orada namaz qılmaq məqsədilə səyahətə getməyi buyurub. Allah həmçinin bu torpağı Öz şərəfli peyğəmbərləri, seçilmiş qullarının məskəni olaraq seçmişdir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər