Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Əl-Əzhar Birmada baş verənlərə görə bəyanat yayıb

İyun 27
16:42 2016

Əl-Əzhar bir qrup radikal bütpərəstlərin Birmada məscidləri dağıtması, müsəman mədrəsələrini məhv etməsinə görə qınayır və beynəlxalq ictimaiyyəti bu məsələnin həlli üçün tədbir görməyə səsləyir.

Əl-Əzharın bəyanatında deyilir: “Birmada müsəlmanların kütləvi qətllərə, haqsızlıqlara və baykota məruz qalmasının səbəbi dünya dövlətlərinin utancverici susmasına və görməməzlikdən gəlməsidir. Əl-Əzhar dünya ictimaiyyətini Myanmarda baş verən hadisələrə reaksiya verməyə səsləyir.”

Sələf Xəbər: Uca Allah buyurur: “Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbr edib (Allahdan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 186-cı ayə)

“Kitab əhlindən və müşriklərdən isə onlar çoxlu xoşagəlməz sözlər eşitməli idilər – onları, onların dinini, Kitabını və Elçisini (Allahın ona salavat və salamı olsun) təhqir edəcəkdilər. Allah bu barədə mömin qullarına xəbər verir. Sınaqlar və aldanmalar onlara böyük fayda gətirir.

Birincisi, ilahi hikməti tələb edir ki, belə sınaqlar vasitəsilə həqiqi möminləri yalançılardan ayırsın.

İkincisi, Allah Öz qulları üçün sınaqdan keçməyi öncədən müəyyən edir ki, onlara nemətlərini bəxş etsin, onları yüksəltsin, onların günahlarını yusun, imanını artırsın və etiqadını kamilləşdirsin. Allah möminlərə olacaq labüd çətinlikləri bildirir ki, onlar baş verdikdə möminlər Allahın və Onun Elçisinin (Allahın ona salavat və salamı olsun) doğruçuluğuna əmin ola bilsinlər.

Bununla əlaqədar Uca Allah buyurur: “Möminlər müttəfiqləri gördükdə: “Bu, Allahın və Onun Elçisinin bizə olan vədidir. Allah və Onun Elçisi doğru söyləmişlər!” – dedilər. Bu onların yalnız imanını və itaətini artırdı.” (Müqəddəs Quran, “Əhzab” surəsi, 22-ci ayə)

Üçüncüsü, Allah gələcək sınaqlar haqqında ona görə xəbər verir ki, möminlər öz talelərinə itaətkar olsunlar və qismətlərinə sınaqdan çıxmaq düşəndə lazımi qədər səbir edə bilsinlər, axı əgər onlar sınaqlara hazırlaşsalar, onlardan uğurla çıxmaq asan olar. Şübhəsiz ki, bundan ötrü onlar dözümlü, səbatlı və təqvalı olmalıdırlar. Onlar əmlakları və öz canları ilə bağlı sınaqlardan səbirlə keçməli, zalımların verdiyi əziyyətə mətinliklə sinə gərməli və bu zaman təkcə Allahdan qorxmalıdırlar.” (Bax “Təfsir Əs-Saadi”)

Birma, yaxud Myanmar haqqında bu linkdən qısa məlumat əldə edə bilərsiniz.

Digər xəbərlər