“Əl-Haram” məscidində “qadın saatı” təyin olunacaq
1. 306 dəfə baxılıb
Səudiyyə Ərəbistanı Şura Məclisinin İslam İşləri üzrə Komitəsi Həcc və Ümrə zamanı “Əl-Haram” məscidində Kəbənin şərq küncündə yerləşən Həcərul-əsvəd adlanan qara daşa qadınların rahatlıqla toxuna bilməsi üçün xüsusi vaxt ayırmaq barədə məsələni nəzərdən keçirib.
Selefxeber.az-ın İslam-today.ru -ya istinadən məlumatına görə, Şura Məclisində qadınların qara daşa toxuna bilmələri üçün gün ərizndə 3 vaxt təyin olunması təklif olunub. Yekun qərar yaxın günlərdə Şura Məclisində keçirilən səsvermədən sonra qəbul olunacaq.
Xatırladaq ki, İbrahim peyğəmbər (ona salam olsun) Kəbəni inşa edən zaman səmadan enən Cəbrayıl mələyin (Allahın ona salamı olsun) gətirdiyi qara daşı Kəbənin küncünə yerləşdirmişdi. Hədisdə deyilir ki, qara daş əvvəlcə ağ rəngdə olub, lakin insanların günahları üzündən sonradan qaralıbdır.
Qeyd edək ki, Kəbəni Tavaf edərkən qara daşa toxunmaq və öpmək həcc zamanı yerinə yetirilən rituallardandır.
Sələf Xəbər: Həcc və ya ümrə ziyarəti zamanı qara daşın öpülməsi vacib deyil, müstəhəb əməllərdəndir. Təvaf edərkən başlanğıc xətti qara daşdan başlayır. Daşı öpmək imkanı olduqda öpür, imkan olmadıqda isə əl ilə işarə edib təvafa başlayırsan.
Rəsulullah (Ona Allahın salavatı və salamı olsun) Ömərə (Allah ondan razı olsun) belə demişdi: “Ey Əbu Həfs, səndə çox güc-qüvvə var, zəifə əziyyət vermə. (Qara daşın olduğu) küncü boş görsən, yanaşıb öp, əgər (boş) deyilsə, təkbir gətirib “Allahu Əkbər” (Allah Ən Böyükdür) – deyib, keç”. (İmam Əhməd, 1/23).
Müsəlmanların ikinci Xəlifəsi və Əli bin Əbu Talibin (Allah ondan razı olsun) kürəkəni Ömər bin əl-Xəttab (Allah ondan razı olsun) qara daşı öpərkən belə demişdir: “Bilirəm ki, sən bir daşsan. Nə bir faydan, nə də bir zərərin var. Mən Peyğəmbəri sənə əl vurub öpərkən görməsəydim, səni heç vaxt öpməzdim”. (Buxari, Həcc, 50, 57, 60).