Əl-Haram məscidində yeni xidmət istifadəyə verildi – Telefonunuz sönməyəcək (FOTO)
Sentyabr 06
16:09
2016
1. 266 dəfə baxılıb
Selefxeber.az-ın xarici mənbələrə istinadən məlumatına görə, əl-Həram məscidində ziyarətçilərin rahatlığını təmin etmək məqsədi ilə, mobil cihazları şarj etmək üçün yeni xidmət isitifadəyə verilmişdir. Müxtəlif model telefonları şarj etmək üçün məscidin müxtəlif yerlərində xüsusi lövhələr yerləşdirilmişdir. Hər lövhədə səkkiz ədəd telefonu şarj etmək mümkündür.
Bu xidməti təqdim etməkdə əsas məqsəd ziyarətçilərin təhlükəsizliyini təmin etməkdir. Çünki şəxsi şarj aparatlarından istifadə etmək yanğına səbəb ola bilər.
Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir. Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 96-97-ci ayələr).