Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Əl-Haram” məscidinə yeni minbər quraşdırılıb- FOTO

Noyabr 04
17:28 2016

Müqəddəs Məkkə şəhərində yerləşən “Əl-Haram” məscidində yeni minbər quraşdırılıb.

Selefxeber.az -ın marwa.ru-ya istinadən xəbərinə görə, bundan sonra Məkkə imamları cümə xütbələrini ağ rəngli Makedoniya mərmərindən hazırlanmış yeni minbərdən oxuyacaqlar.

Hündürlüyü 5,9, ağırlığı 5,5 metr olan minbər məşhur alman mühəndis şirkəti tərəfindən hazırlanıb. Özündə 21-ci əsrin alman texnologiasını və 17-ci əsrin moğol sənətkarlığını birləşdirən minbərin məhəccərləri üzərindəki çiçək naxışları isə hind sənətkarları tərəfindən əl ilə həkk olunub. Məhəccərdəki ornamentlər qızıl çərçivəyə alınmış firuzə daşlarla bəzədilib. Minbərin sütunlarına da qızıldan naxışlar həkk olunub.

Ağır çəkiyə malik olmasına baxmayaraq, xüsusi konstruksiyaya malik minbər uzaqdan idarə olunan pult ilə hərəkət etdirilir. Bundan əlavə, minbərə kondisioner, mikrofon və mətni saxlamağa və oxumağa imkan verən monitor da quraşdırılıb.

Xatırladaq ki, bu vaxta qədər cümə xütbələri taxta mionbərdən oxunurdu.

📷

7a671655ca318e790ade37fec3fc4f05

3-kaaba-minbar-e1317598254410

9-kaaba-minbar-e1317598452439

7-kaaba-minbar-e1317598393776

Digər xəbərlər