Əl-Haram məscidinin cənub qapıları bağlanıb
973 dəfə baxılıb
İki Müqəddəs Məscidin İşləri Üzrə ümumi rəyasət heyəti Məkkədəki “Əl-Haram” məscidinin cənub qapılarını bağlamağa qərar verib. Buna səbəb isə məscid ərazisində genişləndirmə işlərinin aparılmasıdır.
“Əl-Haram” məscidində müasir texnologiyalardan istifadə və məscid ərazisini genişləndirmə layihəsindən sonra xidmət səviyyəsinin əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
İki Müqəddəs Məscidin xadimi Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz hələ 2015-ci ildə məscid ərazisinin genişləndirilməsinin 3-cü mərhələsi olacaq 5 layihəni təqdim etmişdir.
Selefxeber.az-ın xarici KİV-lərə istinadən xəbərinə görə, bu layihələrə əsasən, yeni meydançaların, tunellərin və xidmət yerlərinin tikilməsi nəzərdə tutulub. Məscid ərazisinin genişləndirilməsi layihəsi Səudiyyə Ərəbistanında “Əsrin layihəsi” kimi qələmə verilir.
Layihənin ümumi dəyərinin 26 milyard dollar təşkil edəcəyi ehtimal edilir. Burada aparılan təmir işləri 45 hektar ərazini əhatə edəcək. Genişləndirmə işləri tamamlandıqdan sonra məscid həmişəkindən 1,2 million daha artıq zəvvar qəbul edəcək. Əlavə ediləcək yeni meydançalarda isə 250 minə qədər insanı yerləşdirmək mümkün olacaq.
Sələf Xəbər: Allah-Təala məscidlərin tikilməsini, abadlaşdırılmasını və onlara ehtiramla yanaşılmasını buyurmuşdur. Uca Allah buyurur: “Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər”. (Qurani-Kərim, “Nur” surəsi, 36-cı ayə)