“Əl – Haram” məscidinin sərin döşəmələrinin sirri açılıb (FOTO)
2. 540 dəfə baxılıb
Məkkədəki “Əl – Haram” məscidinin qızmar günəş şüaları altında yerləşməsinə baxmayaraq, onun döşəmələrinin qeyri-adi sərinliyi haqqında sosial şəbəkələrdə bir çox fikir və fərziyyələr səsləndirilir.
Məlum olub ki, döşəmələrin sərin qalmasının səbəbi 5 santimetr qalınlığa malik, Kəbə ətrafına döşənmiş xüsusi mərmərlərdir. Yunanıstandan gətirilmiş bu mərmərlər günəş şüalarını əks etdirmək qabiliyyətinə malikdir.
Selefxeber.az-ın “Al-Arabiya“ya istinadən xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanı İki Müqəddəs Məscidin rəhbərliyi bildirib.
Bu mərmərlərin qeyri-adi xüsusuiyyəti ondan ibarətdir ki, gecələr xüsusi məsamələrdən rütubət və nəmi özünə hopdurur, gündüzləri isə buxarlandırır.
Müqəddəs məscidlər üzrə idarə rəhbərliyi onu da qeyd edib ki, döşəmələrin altından soyudulmuş su borularının keçməsi haqqında səsləndirilən fikirlər isə sadəcə fərziyyələrdir.
Sələf Xəbər: Allah-Təala məscidlərin tikilməsini, abadlaşdırılmasını və onlara ehtiramla yanaşılmasını buyurmuşdur. Uca Allah buyurur: “Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər”. (Qurani-Kərim, “Nur” surəsi, 36-cı ayə)