Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Əl-Haram” məscidinin yenilənmiş dizaynı haqqında bunları bilirsinizmi? – VİDEO

İyun 23
13:21 2015

“Sələf Xəbər” “Al-Arabiyya”.com-a istinadən İki Müqəddəs Məscid Xadiminin əmri ilə məscidin şimal hissəsində aparılan genişləndirmə-yenidənqurma işləri haqda reportajını təqdim edir:

🎬

Bura içərisində həyat olan asılmış tavanlara sahib ağıllı şəhər timsalındadır. Videoreportaj genişləndirmə-yenidənqurma işlərinin böyük həcmini nümayiş etdirir. Bu işlər hərtərəfli fərqli və keyfiyyətli dizaynla tərtib edilmişdir.

Maliyyə Nazirliyinin layihəyə nəzarət edən mühəndisi Məhəmməd Rəcəb Səmkərinin sözlərinə görə, layihə dünya üzrə mürəkkəb hesab olunan sistemlərdən ibarətdir. Bundan əlavə dəhlizlərdə quraşdırılmış müxtəlif işıqlandırma sistemləri layihəyə əlavə estetik gözəllik verir. Burada 1020 ədəd yüksək keyfiyyətli büllur çilçıraq quraşdırılmışdır. Çilçıraqların çəkisi 750 kiloqramdan 25 tona qədər dəyişir. Burada 3600 ədəd bir-birindən gözəl divar çıraqları da quraşdırılıb.

Səmkəri onu da qeyd edib ki, genişləndirmə-yenidənqurma işlərindən sonra zəvvarlar hər birinin ağırlığı 70 ton, hündürlüyü 13, eni 7.5 metr olan qapıların şahidi olacaqlar. Qapının üzərindəki dəliklər büllurla bəzədilmişdir. Qapıların əl ilə açılıb bağlanması olduqca asandır. Bu cür qapıların sayı 188 ədəddir.

“Al-Arabiyya”nın məscidin şimal hissəsində həm daxildən, həm də xaricdən apardığı çəkilişlərdə göydə ucaldılmış hərəkət edən 12 ədəd günbəz görünür. Ən böyük günbəzin eni 36, hündürlüyü 80, çəkisi isə 860 tondur. Eyni zamanda 8 ədəd hərəkət etməyən günbəz də mövcuddur. Bütün günbəzlər avtomatik idarəetmə sistemi ilə idarə olunur.

Bundan əlavə, divarlara qiymətli daşlarla həkk olunmuş Quran ayələrini də görmək mümkündür.

Sələf Xəbər: Allah məscidlərin tikilməsini, abadlaşdırılmasını və onlara ehtiramla yanaşılmasını buyurmuşdur. Uca Allah buyurur: “Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər”. (Qurani-Kərim, “Nur” surəsi, 36-cı ayə)

Digər xəbərlər