Əl-Hasaya hücum İŞİD terror xəvaric qruplaşmasının sifarişi ilə təşkil edilib
852 dəfə baxılıb
“Sələf Xəbər” Şərqul Əvsat qəzetinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti İraq və Şam İslam Dövləti (İŞİD) terror xəvaric qruplaşmasının bu ayın əvvəllərində 7 nəfər Səudiyyə Ərəbistanı vətəndaşının ölümü ilə nəticələnən, ölkənin əl-Hasa valiliyinin Dəlva adlı kiçik qəsəbəsində yerləşən şiə məzhəbinin mənsublarına məxsus kiçik türbəyə hücum əmrini verdiyini bəyan edib.
Bu ayın əvvəllərində ölkənin şərqində 3 maskalı silahlı şəxs şiə məzhəbinin mənsublarına məxsus Hüseyniyyədə (ibadət evi) ibadət edənlərə hücum edib. Rəsmi Riyad cinayəti törədənləri məsuliyyətə cəlb etmək məqsədilə dövlət səviyyəsində terror əleyhinə əməliyyat həyata keçirərək ölkə boyunca uğurlu reydlər nəticəsində ümumilikdə 77 nəfəri həbs edib.
Səudiyyə Ərəbistanı Daxili İşlər naziri bəyan edib ki, Dəlva qəsəbəsində baş vermiş hücum, birbaşa İŞİD və onun terrorçu qollarının liderləri tərəfindən sifariş verilib. Həmçinin, qruplaşmanın digər 3 üzvünün İraq və Suriyada geniş yayılmış terrorçu qruplaşma ilə birbaşa əlaqələri mövcud olduğu aşkarlanıb. Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin danışmanı general-mayor Mənsur əl-Türki bildirib ki, terrorçu qruplaşmanın başçısı hücumun hədəfi və vaxtı da daxil olmaqla, xaricdən xüsusi əmrlər alıb.
“İŞİD terror xəvaric qruplaşması cəmiyyətdə fitnəyə və xaosa (qarmaqarışıqlığa) səbəb olmaq və Səudiyyə Ərəbistanı Krallığının sabitliyini məhv etmək üçün mülki şəxsləri, həmçinin, din xadimlərini və hökumət və təhlükəsizlik orqanlarını hədəfə alaraq cəmiyyətdə hər şeyi məhv etməyə çalışır” – deyib.
Bir çox mütəxəssislər, Əl-Hasada səudiyyəli şiələri hədəfə alan hücumun Səudiyyə vətəndaşları arasında məzhəbi zorakılığa səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Lakin Səudiyyə sünni və şiə dini liderləri hücumu qəti şəkildə pisləyib və belə hücumların əksinə səbatlılığa və birliyə çağırıblar. Türki Səudiyyə Ərəbistanının əl-Hasada baş vermiş hücuma cavabını alqışlayaraq, təhlükəsizlik orqanlarının saatlar içində hücumu törədənləri müəyyən edərək məsuliyyətə cəlb etməyə nail olduğunu təsdiqləmişdir. “Biz bu terrorçu qruplaşma ilə əlaqəli olan, qruplaşmanın liderinə beyət etmiş və ya qruplaşmada iştirak edən, dəstək verən, maliyyələşdirən və ya sığınacaqla təmin edən hər kəsi həbs etmişik” – deyib.
Daxili İşlər Nazirliyinin danışmanı bildirib ki, qruplaşmanın kiçik qolunun lideri də daxil olmaqla basqını törədən 4 əsas cinayətkar hücumdan dərhal sonra həyata keçirilmiş uğurlu reydlər nəticəsində həbs edilmiş şəxslərin arasında olub. Digər 74 şübhəli şəxs isə hücumçulara maddi köməklik göstərməkdə təqsirli bilinir. O, bir Türkiyə, bir Suriya və bir İordaniya vətəndaşı istisna olmaqla, həbs edilən bütün şəxslərin Səudiyyə vətəndaşları olduğunu təsdiqləyib.
Şübhəli bilinən 2 nəfər Səudiyyə Ərəbistanı və 1 nəfər Qətər vətəndaşı da daxil olmaqla 3 terrorçu hücumdan dərhal sonra dövlət səviyyəsində həyata keçirilən təhlükəsizlik reydləri nəticəsində öldürülüb. 2 nəfər Səudiyyə Ərəbistanı təhlükəsizlik məmuru da atışma zamanı həlak olub. Hücumdan sonra bir neçə gün ərzində Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri eyni zamanda Krallıq ərazisində 13 şəhərdə reydlər həyata keçirərək əl-Hasa terror hücumu ilə əlaqəli olan şəxsləri həbs etmiş və öldürmüşdür.
Daxili İşlər Nazirliyinin danışmanı, həmçinin, hücumu törədən Səudiyyə dövlətinin “doğru yoldan azmış” termini ilə adlandırdığı “əl-Qaidə” təşkilatı ilə sıx əlaqələri olan 3 əsas cinayətkar da daxil olmaqla, həbs edilmiş şəxslərdən 32 nəfərinin əvvəllər terrorla əlaqədar məhkum olunduğunu bildirib.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam İdeologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar”.
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil” (Muslim).
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim” (Əl-Buxari).
Həmçinin, o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi).”