Əl-Həram məscidində təhlükəsizlik tədbirləri gücləndirilib
1. 045 dəfə baxılıb
islamnews.ru Arab News-a istinadən bildirdiyinə görə, Əl-Həram məscidinin ərazisində təhlükəsizlik orqanlarının əlavə bölmələri yerləşdirilib.
“Əl-Həram məscidinin təhlükəsizliyi – “qırmızı xəttidir”, onu keçmək qadağandır”, – təhlükəsizlik qüvvələrinin yüksək rütbəli zabiti, general-mayor Yəhya əz-Zahrani bəyan edib.
O bildirib ki, işləyən xüsusi xidmət əməkdaşlarına əlavə olaraq məscidin ərazisinə ehtiyat bölməsi yerləşdirilib. Hazırda məscidin ərazisi 750 nəzarət video-kamerası ilə təchiz edilib. Məscidin ərazisinin genişləndirildiyi zonada daha 320 kamera quraşdırılacaq. Beləliklə, ziyarətgahın hər bir guşəsi izləniləcək.
Təhlükəsizlik xidmətinin digər nümayəndəsi general-mayor Xaled əl-Harbi iddia edir ki, xüsusi xidmət orqanları müasir elektron aparaturanı istifadə etməklə cinayət törədilmədən öncə onun qarşısını almağa qadirdir. “Xidmətimiz vəziyyəti yaxından hiss edir və onunla üz-üzə gəlməyə hazırdır”, – o, əlavə edib.
“Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir. Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim (bunu) inkar edərsə, (bilsin ki,) Allahın aləmlərə ehtiyacı yoxdur.”(Müqəddəs Quran, “Ali İmran”, 96-97-ci ayələr)