“Əl-Qaidə” liderlərindən biri məhv edilib
Noyabr 08
14:56
2014
819 dəfə baxılıb
“Sələf Xəbər”-in interpress.az-a istinadən verdiyi xəbərə görə, Yəmən hərbçiləri ölkənin cənubundakı Lahıc əyalətində Əl-Qaidə terror təşkilatının liderlərindən biri Turki əl-Assirini məhv ediblər.
Özünü Lahıc əyalətinin əmiri elan etmiş əl-Assiri Əl-Qaidə terror təşkilatının liderlərindən biri olub.
Qeyd edək ki, bundan öncə Əl-Vayda əyalətində Əl-Qaidə terror təşkilatının Ərəbistan yarımadasındakı başçısı Şavki əl-Badani öldürülmüşdü.
Sələf Xəbər: Səudiyyə Ərəbistanın ali hakimlər şurası yanında Daimi komitənin sabiq başçısı, böyük Alimlər Komitəsinin üzvü,
Şeyx Salih əl-Lüheydandan (Allah onu qorusun) soruşdular: “Müsəlmanın Bin Ladenin başçılıq etdiyi “Əl-Qaidə” təşkilatına münasibəti necə olmalıdır?”Cavab: “Bu təşkilatda xeyir yoxdur! Onlar müsəlmanları parçaladılar, fəlakətlərə və şərə səbəb oldular, və qan tökməyə başladılar!”